Sabunçuda 28 May - Respublika Günü qeyd olunub FOTOLAR - SƏS TV

Sabunçuda 28 May - Respublika Günü qeyd olunub FOTOLAR - SƏS TV
Bu gün YAP Sabunçu rayon təşkilatının, Sabunçu rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, 1 saylı SİMGPR Mərkəzinin direktoru Rəhilə Həsrətova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları iştirak ediblər. İlk olaraq sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva 28 May-Respublika Gününun tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan dövləti şərəfli və keşməkeşli tarixi yol keçib: "Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan özünün ən ağır günlərini yaşayırdı. Həmin vaxt bir tərəfdən anti-milli qüvvələr və digər tərəfdən isə mənfur ermənilər ölkəmizi məhv etmək istəyirdilər. YAP məhz belə bir zamanda təsis olundu. Yarandığı gündən xalqın mənafeyini hər şeydən üstün tutan YAP bu gün də öz mütərəqqi ideyaları ətrafında yüz minlərlə azərbaycanlını birləşdirir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Ümummilli Liderimizin ən layiqli davamçısı, dövlətimizin başçısı, YAP-ın sədri İlham Əliyev bu gün hər bir azərbaycanlının Prezidentidir. Məhz dövət başçımızın apardığı müdrik siyasətin nəticəsidir ki, ölkəmiz dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edir. Bir neçə gün bundan öncə ölkəmizdə keçirilən İslam Həmrəylik Oyunlarının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan təkcə region üçün deyil, bütövlükdə bütün dünya üçün əhəmiyyətli ölkədir. Bu gün bütün dünya Azərbaycanın gücünü təqdir edir".

Sonda sağlamlıq imkanları məhdud gənclər fəxri fərman və diplomlarla təltif olunublar. Tədbir bəddi hissə ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com