Bu gün Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, tədbir Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yaradılmasının 25 illik yubiley tədbirləri çərçivəsində təşkil olunub.
Ziyarətə gələn gömrük əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq qonaqlarda maraq doğurub. Qeyd edilib ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Burada Heydər Əliyevin həyat yolu, onun barəsində maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.
Bildirilib ki, muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Muzeyin ən maraqlı bölmələrindən biri də Heydər Əliyevin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.
DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratla ayrılıblar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB