Nazir Beyləqanda müraciətləri dinləyib

Nazir Beyləqanda müraciətləri dinləyib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib. SİA-nın verdiyi məlumata görə, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb. Qəbula gələn sakinlər nazirlə görüş üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür qəbulların keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə