Fuad Muradov: "İslam Oyunları Azərbaycanın gücü və nüfuzunu göstərdi" MÖVQE
"Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri, deputat Fuad Muradov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizim üçün böyük şərəfdir: "Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsi olmuşdu. IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu göstərdi, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovşağında birləşdirdi".
Beynəlxalq müstəvidə Azərbaycanın nüfuzlu idman ölkəsi kimi tanındığını deyən deputat söyləyib ki, məhz bunun nəticəsidir ki, ölkəmiz nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir: "İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyük miqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olduğu reallığını bir daha nümayiş etdirmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB