Küçə reklamlarında dil pozuntularına görə cərimələr tətbiq oluna bilər

Küçə reklamlarında dil pozuntularına görə cərimələr tətbiq oluna bilər
"Dilimizdə rus dilindən alınmış bir çox sözlər gündəlik danışığımızda çox işlənir. Hətta bəzi rus sözlər şifahı danışıq dilimizdə şəkilçilər də qəbul edib. Məsələn, "meşat" olmaq, hətta "meşatçılıq", "veş" sözünün yetrinə "veş-vüş" deyilir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elml­ər Akademiyasının Rəy­asət Heyətinin iclası­nda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli "Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış edərkən deyib. Bu gün Azərbaycanda televiziya və xəbər saytlarının dilinin yazşı vəziyyətdə olmadığını deyən T.Kərimli söyləyib ki, problemlərin aradan qaldırılması üçün mexanizm hazırlanmalıdır: "Dilimizin saflığının qorunmasında KİV-lər xüsusi rol oynayır. Bəzən TV və saytlarda verilən fikrin mənasını başa düşmək olmur. Keçmiş SSRİ-də elmin dili rus dili olduğu kimi, indi də elmin dili ingilis dilidir. Bu baxımdan AMEA-da ingilis dilinin öyrənilməsinə xüsusi diqqət göstərilir. Bu gün gənclər xarici dil bilməlidirlər. Amma öz ana dilimizi də bilməlidirlər. Millət də öz ana dilini qorumaq üçün cəhd etməlidir". T.Kərimli əlavə edib ki, küçə reklam, elan və afişalarda da dil pozuntularına ciddi yol verilir. Daha sonra akademik dil pozuntularının aradan qaldırılması il bağlı Dilçilik İnstitutunun Monitorinq şöbəsinin məlumatları əsasənda cərimələrin tətbiq edilməsi mexanizminin hazırlanması məqsədilə yuxarı instansiyalara müraciət edilməsi, orta və ali məktəblərdə "Ritorika" fənninin keçirilməsi problemləri üzrə Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması, müəssisələrdə işə qəbul zamanı Azərbaycanlılardan və başqa etnik qrupların nümayəndələrindən dövlət dilindən lazımi səviyyədə imtahanın götürülməsi və inşa yazılması barədə müvafiq dövlət təşkilatları qarşısında vəsatətin qaldırılması ilə bağlı tövsiyələr verib

Bütün xəbərlər Facebook səhifəmizdə