Akif Əlizadə: "AMEA YT Parkında heç bir bölmənin aktivliyini görmürük" İRAD

Akif Əlizadə: "AMEA YT Parkında heç bir bölmənin aktivliyini görmürük" İRAD

"Prezident İlham Əliyev bəyan edib ki Azərbaycanda innovativ istiqamətə üstünlük verilməlidir. Çünki bu gün bütün dünya öz iqtisadiyyatını bu yolla inkişaf etdrimək istiqamətindədir. Belə olan halda Azərbaycanda da bu yola diqqət edilməlidir". SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə qurumun Rəyasət Heyətinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib. ABŞ-da ÜDM-nin 80 faizinin yüksək texnologiyaların tətbiqi nəticəsində əldə edildiyini deyən A.Əlizadə bildirib ki, elmin iqtisadiyyat üçün yaratdığı innovativ istiqamətlər bu gün olduqca vacib amilə çevrilib: "Biliklər üzərində qurulan iqtisadiyyat inkişafın əsasını təşkil edir. Bu baxımdan innovativ yol seçilib biz də akademiya olaraq bu yolla inkişaf edirik". İnnovativ istiqamətdə öncül sahələrin fizika və biologiya olduğunu deyən AMEA prezidenti qeyd edib ki, hazırda bu istiqamətlər arasında yarış gedir desək yanılmarıq: "Bu sahədə biologiyanın nəticələri möhtəşəmdir. Bu gün fiziklərimiz meqa layihələrdə iştirak edirlər. Burada nüvə fizika istiqamətini də inkişaf etdirməli, bu sahənin inkişafını ciddi prioritet kimi qəbul etməliyik". Fizik və riyaziyyatçılara iradlarını bildirən A.Əlizadə söyləyib ki, fizik və riyaziyyatçılar innovativ istiqamətə öz tədqiqatlarında daha çox yer verilməlidirlər: "Düzdür, bunun üçün müəyyən qədər vəsait lazımdı. Lakin vəsaiti tapmaq olar. Əsas odur ki, alimlərimiz inadkarlıq edib bu sahəyə xüsusi diqqət ayırsınlar. Fizika və riyaziyyat bölməsinə tövsiyəm odur ki, bu bölmələr aparıcı bölmə olmalı, layihələr həyata keçirməlidirlər. Bizim Yüksək Texnologiyalar Parkımız var. Lakin biz orada heç bir bölmənin fəal iştirakını görmürük".

Bütün xəbərlər Facebook səhifəmizdə