Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə yeni üzvləri təbrik edərək, onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, Azərbaycan Elminin davamlı inkişafı naminə səfərbər olmağa çağırıb. Tədbirdə AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunan döş nişanı və vəsiqələr təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB