Gələn aydan Küveytdən Bakıya birbaşa aviareys açılacaq

Gələn aydan Küveytdən Bakıya birbaşa aviareys açılacaq

Küveytin "Jazeera Airways" aviaşirkəti gələn aydan Bakıya müntəzəm uçuşlara başlayacaq. APA xəbər verir ki, aviaşirkət iyunun 23-dən etibarən həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri Əl-Küveytdən birbaşa Bakıya uçuşlar yerinə yetirəcək.

"Bakı turizmin inkişafı istiqamətində ciddi addımlar atır. Bakıya yerinə yetiriləcək uçuşlar müştərilərimizin tələbidir və bu addım yeni istiqamətlərin ekspansiyası baxımından vacibdir", - deyə şirkətin baş icraçı direktoru Rohit Ramaçandran bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə