Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım İvana Duarte ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamladı, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətinə toxundu. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ötən müddətdə ölkəmizdə 161 layihə çərçivəsində investisiya qoyuluşunun həyata keçirildiyini bildirən Ali Məclisin Sədri bunun özəl sektorun inkişafına dəstək verdiyini vurğuladı.
Xanım İvana Duarte ilk dəfə Naxçıvana səfər etdiyini bildirdi, muxtar respublikada olmaqdan və keçirilən görüşdən məmnunluğunu ifadə etdi. Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyət istiqamətləri və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verən xanım İvana Duarte muxtar respublika ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Söhbət zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB