Göygöl rayonunda "Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin inkişaf etdirilməsi" layihəsinin yekunu ilə bağlı seminar təşkil edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilib. İki il öncə start verilən layihə çərçivəsində 200-ə yaxın süni mayalanma üzrə mütəxəssis hazırlanıb. Hazırlanan mütəxəssislərə süni mayalama mərkəzinin səmərəli, davamlı idarə edilməsi, eləcə də süni mayalama bacarıqları, müasir kənd təsərrüfatı texnologiyaları qabiliyyətinin inkişaf etdirilməsi öyrədilib. Həmçinin rayon və regional səviyyədə Süni Mayalama Mütəxəssislər Assosiasiyalarının yaradılması da layihə çərçivəsində həyata keçirilib.
Rəsmi statistikaya görə ötən il Respublika üzrə 104 min cins buğadan toxum alınaraq satılıb. Mayalanan bu heyvanların 74 minindən bala alınıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB