Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. SİA-nın xəbərinə görə, bu münasibətlə nazirliyin kollektivi tərəfindən Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Sonra ekoloqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.
Xatırladaq ki, 2007-ci il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB