May ayınnı 20-də Dövlət Sərhəd Xidmətinin Şəmkir şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıbdır.
Tədbirdə çıxış edənlər IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi vaxta təsadüf edən andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və dəstəyini, Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə oyunların böyük uğurla keçirilməsini, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsini, ölkədə idmanın inkişafı üçün ciddi əhəmiyyət kəsb etdiyini qeyd edərək, qazanılan möhtəşəm qələbələr münasibətilə gənc əsgərləri və onların valideyinlərini təbrik ediblər.
Mərasimdə müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək, dünyanın qabaqcıl, firavan və mötəbər tədbirlərə layiqincə ev sahibliyi edə biləcək dövlətlərdən birinə çevrildiyi xüsusi vurğulanıbdır.
Mərasimdə valideynlər də çıxış edərək, hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, övladlarına vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçməsi ilə başa çatıb.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB