Bu ilin aprelində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində - həm maye, həm də quru yüklərdə artım qeydə alınıb.
Gəmiçilikdən SİA-ya verilən məlumata görə, hesabat dövründə 2 189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67% üstələməyə imkan verib.
Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2 300 vaqon daşınıb ki, bu da illik müqayisədə 7% çoxdur. Ümumilikdə, vaqonlarla 370 505 ton maye, 73 208,5 ton quru yüklər daşınıb.
Hesabat ayında dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1 551 sərnişin daşınıb və bu, illik müqayisədə 8,4% çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB