Gəncədə 18 yaşlı qız itib

Gəncə şəhərində 18 yaşlı qız itkin düşüb. Kəpəz rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Cavadxan qəsəbəsində yaşayan Xəlilova Günay Ramiz qızı mayın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Günay Xəlilovanın əlamətləri: boyu 155 sm, orta bədən quruluşlu, qarabuğdayı, saçlarının rəngi qara, gözlərinin rəngi şabalıdıdır. Evdən gedərkən əynində ağ rəngli cins şalvar, göy rəngli gödəkcə, ağ rəngli kofta, ağ rəngli ayaqqabı olub.

Fakta bağlı araşdırma aparılır

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə