Cocuq Mərcanlıda 4 mina tapıldı

Cocuq Mərcanlıda 4 mina tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 21-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 245 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-nın məlumatında deyilir ki, nəticə etibarilə 20 min 551 kvadratmetr ərazi tam təmizlənib, 18 min 500 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə