Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan konfiliktin diplomatik yolla həllini öz üzərinə götürən ATƏT-Minsk Qrupunun yanaşması heç zaman Azərbaycanı qane etməyib. Səbəblər bəllidir. Təkcə bir faktı demək kifayət edir ki, Rusiya ABŞ və Fransanın rəsmiləri heç bir vaxt işğalçını adı ilə çağırmayıb.
Bu günlərdə silahlı qüvvələrimiz tərəfindən ön xəttə Ermənistanın zenit-raket kompleksini sıradan çıxarmasından sonra həmsədrlər növbəti dəfə bəyanat verməklə kifayətləndilər. Əks olunan fikirlər də əvvəlkilərdən heç nəyi ilə seçilmir. Deyilir ki, Minsk Qurupu təmas nöqtəsində artan gərginlikdən "narahat" olub, tərəflər səbrili olmağa çağrılır. Azərbaycan artıq 20 ildən çoxdur ki, Ermənistana elə həmsədrlərin özlərinə də səbrli davranır. Lakin nəticə dəyişmir.
Diqqət çəkən digər maraqlı faktlardan biri də İqor Popov, Riçard Hoqland və Stefan Viskontinin çıxışlarında mütamadi olaraq yeni ifadənin işlədilməsidir. Guya münaqişənin həllində məğlub tərəf olmamalıdır. Sual yaranır, necə yəni məğlub tərəf? Həmsədrlər Azərbaycanın güzəştinə eyham vurursa rəsmi Bakı dəfələrə bidirib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verməyə hazırdır. Ermənilər də bu torpaqlarda rahat yaşaya bilər. Reallıq ondan ibarətdir ki, Azərbaycan 20 ildən artıqdır işğaldan əziyyət çəkir. İnsanlar öz tarixi ərazilərindən zorla qovulub, tarixi və mədəni abidələrimiz məhv ediib. İndi isə Dağlıq Qarabağda erməniləşdirmə siyasəti aparılır. Bütün bunlara rəğmən Bakı ermənilərin də bu ərazilərdə yaşamasına razıdır. Daha hansı güzəştlərdən söhbət gedə bilər? Açığı Minsk üçlüyünün Bakıya gəlişi və gülünc doğuran bəyanatarından, ikili standartlı yanaşmasından Azərbaycan rəsmiləri və cəmiyyəti bezib. Hətta iyrənib belə. Cəhbədən snayperəri çıxarmaq, bufüer zona yaratmaq və ya sühməramlıları işğal olunan ərazilərə yerləşdirmək kimi ermənisayaq təkliflərdənsə həmsədrlər işğalçıdan beynalxaql səviyyədə tanınan Azərbaycan torpaqlarını boşaltmasını tələb etməlidir. Bu edilmirsə həmsədrlərin fəaliyyəti yarıtmazdır və onlar üzərinə düşən missiyanı yerinə yetirə bilmir.
İki seçimimiz qalır. Format dəyişdirilərək Azərbaycanın maraqarını müdafiyə edən ölkələr də danışıqlara cəlb edilməli və ya son söz Azərbaycan ordusna verilməlidir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB