“Ford”lara qarşı reydlər davam edir

“Ford”lara qarşı reydlər davam edir

"Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslarla bağlı reydlər davam edir. Artıq belə hallara demək olar ki, rast gəlinmir". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, nadir hallarda digər ərazilərdən çıxan və sifariş əsasında hərəkət edən sürücülərə rast gəlmək olar: "Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə