Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 22 may 2017-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə