XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment konfransı keçirilib FOTOLAR - SƏS TV
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, İslam Həmrəyliyi ili çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC ilə yanaşı, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment jurnalıdır. Konfransda dünyanın müxtəlif universitetlərindən 150-dək elm adamı iştirak edib.
Konfransın işi bölmə iclaslarında davam etdirilib.
Bilik, İqtisadiyyat və Menecment konfransı indiyədək müxtəlif ölkələrdə təşkil olunub və türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanaqlı elmi əməkdaşlıq və araşdırma platformasıdır. Konfransda ictimai elmlərin bütün sahələri üzrə elm adamları, gənc tədqiqatçılar aktual məsələlər barədə məzmunlu və faydalı elmi araşdırmalar aparır.
Konfransın sonunda əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc edilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB