150-dən çox donor könüllü qan verib

150-dən çox donor könüllü qan verib

Mayın 18-də Siyəzən rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 150-dən çox könüllü donordan qan götürülüb. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Siyəzən Regional Diaqnostika Mərkəzində keçirilən könüllü aksiya səhər saatlarından başlayıb.

B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə