İtaliyalı turistlər Lənkəranda FOTOLAR

İtaliyalı turistlər Lənkəranda FOTOLAR

Mayın 16-17-də İtaliyanın müxtəlif yerlərindən olan 21 nəfər turist heyəti Lənkərana səfər edib. SİA-nın məlumatına görə, Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən gələn qonaqlar üçün maraqlı turlar təşkil olunub. İtaliyalı qonaqlar Lənkəranın və Astaranın füsünkar təbiəti, Hirkan Milli Parkı, çay plantasiyası və çay fabriki ilə tanış olublar.

Lənkəran Tarix-diyarşünaslıq muzeyinə ekskursiya edib, Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi və Lənkəran şəhərinin görməli yerləri ilə tanış olublar. Lənkəranın adət-ənənələrinin və zəngin folklorunun qonaqlara tanıtımı təşkil olunub. Belə ki, İtalıyalı qonaqlar Lənkəraın Separadi kəndində olub, burada TİM-in təşkilatçılığı ilə Separadi kənd folklor evinin "Nənələr" folklor kollektivinin üzvləri ilə görüş və çay süfrəsi təşkil olunub. Görüş zamanı qonaqlar yerli çaydan və Lənkəranda yetişən məyvələrdən dadıb, "Nənələr" folklor kollektivinin ifasında folklor nümünələri və kənd həyatı ilə tanış olublar.

Qeyd etmək istərdik ki, ilk dəfə olaraq TİM tərəfindən belə formatda təşkil olunan tədbir xarici qonaqların böyük marağına səbəb olub. Lənkərana səfərdən qabaq İtaliyalı qonaqlar Gürcüstanda olublar və etiraf ediblər ki, Lənkəranda onlara daha maraqlı və mənalı istirahət təqdim olunub. Xüsusi ilə belə formatda tur qonaqların çox xoşuna gəlib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə