İslamiadanın bağlanış günü elektrik qatarları ödənişsiz olacaq

İslamiadanın bağlanış günü elektrik qatarları ödənişsiz olacaq

22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu" dayanacağından Bak sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə