Qida məhsullarının istehsalı artıb

Qida məhsullarının istehsalı artıb

Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə bu il tütün məmulatlarının istehsalında 49,0 faiz azalma, qida məhsullarının istehsalında 3,7 faiz, içki istehsalında isə 39,4 faiz artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, pendir və kəsmik istehsalı 3,9 faiz, qaymaq və xama istehsalı 1,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,1 dəfə, marqarin istehsalı 14,7 faiz, duru bitki yağlarının istehsalı 13,2 faiz, cem və marmeladların istehsalı 2,9 faiz, alkoqolsuz içkilərin istehsalı 31,5 faiz, pivə istehsalı 33,7 faiz artıb, bununla yanaşı qənd və şəkər tozu istehsalı 19,7 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə