Su pulu ödəməyən abonentlərin suları kəsiləcək

Su pulu ödəməyən abonentlərin suları kəsiləcək

Şəmkir Su Kanal İdarəsi borclu abonentləri ödənişə cəlb etmək üçün reydlərə başlayıb. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, artıq bununla bağlı rəsmi şəkildə borclu abonentlərə məlumatlar verilib. Başqa sözlə desək suya borcu olan vətəndaşlara sonuncu dəfə xəbərdarlıq edilib.

Qeyd edək ki, Şəmkir Su Kanal İdarəsi 11 mindən artıq abonentə xidmət edir. Bu qurum təxminən 3400 dən artıq kənd və qəsəbəni su ilə təmin edir. Su pulunun ödənişi ilə bağlı əsas problemlər isə mexaniki sayğaclar olan abonentlərdə yaranıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə