Azərbaycanda yayımlanan kanalların sayı məhdudlaşdırıla bilər

Azərbaycanda yayımlanan kanalların sayı məhdudlaşdırıla bilər

"Bu gün Azərbaycanda Türkiyənin elə kanalları translyasiya olunur ki, onlar heç Türkiyənin özündə o qədər populyar və xüsusi çəkiyə malik deyillər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bu günki iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hazırda Azərbaycanda 17 kabel şəbəkəsi yayımçısı, 15-dən çox İP televiziyanın olduğunu deyən R. Hüseynov bildirib ki, hər iki vasitə 100-ə yaxın kanal translyasiya edir: " Əslində isə onların translyasiya edə biləcəyi kanalların sayı təxminən 200 olsa da həmin kanallar içərisində seçim edilir. Lakin məqsədimiz yayımlanan 100 nalaın içindən də seçimin edilməsidir. Düzdür. Azərbaycana yayımlanan kanallar arasında əxlaqı keyfiyyətlərimizə uyğun gəlməyən kanallar olmasa da onların da arasında seçim edilməlidir. Ölkəmizdə daha çox ictimai-siyasi yükü olan, müvafiq ölkələrin dövlət orqanları ilə bağlı olan kanallar, eləcə də yalnız bizim deyil, müxtəlif ölkələrin cəmiyyətləri tərəfindən qəbul edilən müəyyən əyləncəli kanallar yayımlanmalıdır. Bu baxımdan kanalların sayə məhdudlaşdırılmalı, ən optimalları qalmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə