Bu qanunla bağlı mübahisəli məsələlərə aydınlıq gətirildi

Bu qanunla bağlı mübahisəli məsələlərə aydınlıq gətirildi

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Kabel şəbəkəsi haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında məlumat verən komitə sədri Rəfael Hüseynov bildirib ki, bəzi kabel şəbəkəsi yayımçıları "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin 13.4-cü maddəsinə iradlarını bildiriblər. O, bu məsələyə aydınlıq gətirib: "Həmin maddədə qeyd olunub ki, xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni, buna texniki imkanları yoxdur. Bu maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir. Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb".

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə