Valideyn himayəsindən məhrum olanlar üçün 3-cü binanın inşasına başlanılıb RƏSMİ

Valideyn himayəsindən məhrum olanlar üçün 3-cü binanın inşasına başlanılıb RƏSMİ

"Azərbaycanda sosial xidmət sahəsi islahatlara məruz qalıb. Normativ hüquqi bazanın araşdırılması, vətəndaş cəmiyyətinin bu sahəyə cəlb edilməsi məsələləri qarşımıza qoyulub. Azərbaycanda çətin həyat şəraitinda yaşayan şəxslərə sosial xidmətin göstərilməsinin hüququ əsaslarının müəyyən edilməsi məqsədilə 2011- ci ildə "Sosial xidmət haqqında" qanun qəbul edilib. Nazirlər Kabineti tərəfindən bu məsələ ilə bağlı 10-a yaxın xüsusi qayda və təlimatlar hazırlanıb. Bu təlimatlar hazırki işimizdə də rəhbər tutulur bu sahənin icrasında bizə kömək göstərir". SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov Milli Məclisdə "Sosial xidmət haqqında" qanunnla bağlı keçirilən dinləmələrdə deyib.

Nazirlikdə digər dövlət qurumları ilə bərabər qanuna müvafiq olaraq ictimai şuranın yaradıldığını deyən nazir müavini söyləyib ki, həmin şurada 50-yə yaxın QHT təmsil olunur ki, onların köməkliyi ilə lazımı məsələlərlə bağlı tövsiyələr hazırlanır.

İ. Rəhimov bildirib ki, hazırda Nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır: "2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Heydər Əliyev Fondu tərəfindən bu cür uşaqlarla bağlı mühüm işlər görülür. Uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. İndiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib. Nazirliyin nəzdində ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı 12 mindən çoxdur".

Nazir müavinin həmçinin bildirib ki, Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 120-125 mənzilli iki bina tikilib: "Hazırda 3-cü mənzilin inşasına başlanılıb. Bizim imkanımız var ki, belə binaların sayını artıraq və bu cür gənclərin problemini aradan qaldırmağa nail olaq".

Bütün xəbərlər Facebook səhifəmizdə