Milli Məclisdə “Sosial xidmət haqqında” qanunla bağlı dinləmələr keçirilir YENİLƏNİR
Milli Məclisdə "Sosial xidmət haqqında" qanunla bağlı dinləmələr keçirilir. SİA-nın xəbərinə görə, Milli Məclisin əmək və sosial siyasət komitəsi tərəfindən keçirilən dinləmələrdə komitə üzvləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi, QHT nümayəndələri və digərləri iştirak edir.
Dinləmələrdə ilk çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda "Sosial xidmət haqqında" qanun layihəsi 2011-ci ilin dekabr ayında parlamentin dəstəyi ilə komitə tərəfindən ortaya qoyulub.
"Sosial xidmət haqqında" qanun layihəsinin Əmək və sosial siyasət komitəsi tərəfindən təqdim olunan ən önəmli qanunlardan biri olduğunu deyən H. Rəcəbli söyləyib ki, sözügedən qanun Azərbaycanda bir sıra məsələləri ilk dəfə ortaya qoyub: "Qanun ilk olaraq sosial işçi və sosial xidmətçiləri bir- birindən ayırdı. Bundan başqa qanun layihəsində qrant vasitəsilə QHT-lər, bələdiyyələrin və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyəti öz əksini tapdı. Lakin zaman keçdikcə qanunun icrası ilə bağlı çətinliklər meydana gəldi. Bu baxımdan hesab edirəm ki, sosial xidmətlərin maştabı artdığından bu məsələlərin daha geniş müzakirəsinə ehtiyac var. Bugünkü tədbirimizin də məqsədi qanunun daha işlək olması ilə bağlıdır".
Dinləmələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB