Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Xeybər Paxtunxva əyalətinə səfəri zamanı bu əyalətin baş naziri Pərviz Xəttak ilə görüşüb.
Əyalətin mərkəzi Peşəvər şəhərində keçirilən görüşdə səfir Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin eyni zamanda hər iki ölkənin əyalətlərinə də sirayət etdiyini və bu əlaqələrin də inkişafının önəmli olduğunu bildirib. Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait və güzəştlər haqqında, eyni zamanda cari ilin fevral ayında Azərbaycanın biznes heyətinin Pakistanın bir sıra əyalətlərinə səfəri haqqında məlumat verən səfir Azərbaycanın Pakistanla digər sahələrlə yanaşı iqtisadi-ticari əlaqələrinin artırılmasında da maraqlı olduğunu, Pakistanın Xeybər Paxtunxva əyalətində həyata keçirilən infrastruktur və digər müəyyən layihələrdə iştiraka bəzi Azərbaycan şirkətlərinin də maraq göstərdiyini vurğulamışdır.
.jpg)
Xeybər Paxtunxva əyalətinin baş naziri Pərviz Xəttak Azərbaycan-Pakistan əlaqələrinin əsaslı keçmişinin olduğunu bildirərək, Xeybər Paxtunxva əyalətinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi-ticari əlaqələrin inkişafı üçün əyalətin geniş imkanlara sahib olduğunu qeyd etmiş, Azərbaycanlı iş adamlarını əyalətdə həyata keçirilən iqtisadi-ticari layihələrdə iştirak etməyə dəvət etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB