Səfirimiz Pakistanın Xeybər Paxtunxva əyalətinə səfər edib

Səfirimiz Pakistanın Xeybər Paxtunxva əyalətinə səfər edib

Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın Xeybər Paxtunxva əyalətinə səfər edib, Peşəvər Sənaye və Ticarət Palatasının sədri və üzvləri ilə görüşüb.

Azərbaycanda həyata keçirilən iqtisadi və ticari layihələr, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanları, xarici investorlar üçün yaradılan münbit şərait, sənaye, texnologiya parkları və orada iş adamlarına verilən güzəştlər, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında məlumat verən səfir Əli Əlizadə Pakistanın Xeybər Paxtunxva əyalətinin iş adamlarını Azərbaycana sərmayə yatırmağa dəvət edib.

Cari ilin fevral ayında Azərbaycanın biznes heyətinin Pakistanın bir sıra şəhərlərinə səfəri haqqında məlumat verən səfir Pakistanın da böyük ölkə kimi geniş bazara və imkanlara malik olduğunu, Xeybər Paxtunxva əyalətinin iş adamları ilə əməkdaşlığın yararlı olacağını, əyalətdə həyata keçirilən iqtisadi-ticari layihələrə Azərbaycan şirkətlərinin də maraq göstərdiyini vurğulayıb. Səfir iş adamları arasında əməkdaşlığın mümkün perspektivləri haqqında da fikir mübadiləsi apararaq həmçinin, palata üzvlərinin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə