Xətai prospektində avtomobillərin hərəkəti qismən mədudlaşdırılacaq
"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00-dan etibarən Xətai prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq.
Qeyd edək ki, işlər səhər saatlarınadək yekunlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB