Rumıniya səfiri BDU-da olub

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib.

Universitetin Mətbuat və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib.

Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir Dan İanku bunun üçün BDU-da çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib.

Görüşdə bu günlərdə baş tutacaq universitetlərarası forumdan da bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə