Gəncədə taksi sürücülərinə qarşı yoxlamalara başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, məqsəd taksi sürücülərin qanun çərçivəsində fəaliyyət göstərməsinə nail olmaqdır.
Dövlət Yol Polisi (DYP) Gəncə şöbəsinin əməkdaşlarının da iştirak etdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Təxminən 20-dək qeyri- qanuni fəaliyyət göstərən taksi sürücüsünə inzibati qaydada cərimələr tətbiq olunub. 40-a yaxın sürücünü isə fərqlənmə nişanı almağa cəlb edilib.
Rəsmi statistikaya görə, hazırda Gəncədə 600-dən çox sürücü taksi kimi fəaliyyət göstərir ki, bunlardan da son bir ayda yalnız 100 nəfəri fərqlənmə nişanı alıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB