ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) istefaya göndərilmiş şefi Ceyms Kominin yerinə yeni namizəd irəli sürməyə hazırlaşır. Xüsusi xidmət orqanının rəhbəri postuna namizədin irəli sürülməsi Tramp üçün heç də asan şərtlər altında reallaşmır. ABŞ prezidentinin opponentləri onu Rusiyanın XİN başçısı Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşü zamanı dövləti sirləri ruslara satmaqda suçlayırlar. Ekspertlərin qənaətinə görə, əgər Trampın Kremllə əlaqələri sübuta yetirilərsə prezident postunda 5 ayını yenicə tamamlamış Ağ Ev rəhbərini impiçmentdən heç kəs xilas edə bilməyəcək.
FTB şefi Kominin istefaya sürükləyən ilk qığılcım Trampın ruslarla əlaqələrini araşdırması oldu. Onun istefasından sonra kimin bu postu tutacağı müzakirə olunduğu bir vaxtda nüfuzlu Hill qəzeti loyallığı ilə seçilən birisinin FTB başçısı olacağından yazıb. Bir sözlə, həmin şəxs Trampın Kremllə əlaqələrinin "izini" itirmək üçün bu posta gətirilir.
Rusiya tərəfi isə amerikalıların dediklərini qəti şəkildə təkzib edir. "Bu, bizim üçün mövzu yox, növbəti hədyandır. Və bizim bu hədyanla heç bir əlaqəmiz yoxdur", - bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova isə bildirib ki, bunlar ABŞ-ın siyasi partiyaları arasında növbəti mübarizə mövzusudur: "Bu kampaniya seçkilərdən əvvəl və sonra davam edən siyasi marafonun tərkib hissəsidir və heç cür sakitləşə bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB