"IV İslam Həməylik Oyunlarının açılış mərasimindən 5 gün keçib. Bu müddət ərzində idmançılarımız 41 -i qızıl olmaqla, ümumilkdə 82 medal qazanıblar". SİA-nın xəbərinə görə, bunu bu gün "Baku 2017" IV İslam Həmrəylik Oyunlarının ötən günləri ilə bağlı hesabat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, ümumilikdə oyunlarda 400 medal qazanılıb: "Sevindirici haldır ki, 26 ölkənin hesabında medal var. Bu da yarışların gərgin mübarizə şəraitində keçirildiyini göstərir".
Açılış mərasiminin möhtəşəm keçirildiyini deyən nazir qeyd edib ki, mərasim beynəlxalq mətbuatda müsbət xarakterizə olunur: "Hətta İtaliya mətbuatında açılışla bağlı geniş yazı yer almışdı. Ümumilikdə idman arenalarında olan ab-hava oyunların yüksək səviyyədə keçirilməsinə imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB