Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Bolqarıstan-Azərbaycan: 25 illik diplomatik münasibətlər, ikitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq üçün perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycanın Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd Quluyev, Milli Məclisin üzvü, Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev və "SOCAR Balkan" şirkətinin baş icraçı direktoru Murad Heydərov, Azərbaycanın Bolqarıstandkı səfiri Nərgiz Qurbanova iştirak edib.
Konfransda çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova son illərdə Azərbaycanla Bolqarıstan arasındakı əlaqələrin starateji tərəfdaşlıq səviyyəsinə çatdığını və hazırda məqsədin qarşılıqlımaraq doğuran sahələrin inkişaf etdirilməsi olduğunu vurğulayıb.
Bolqarıstanın energetika naziri Temenujka Petkova ölkəsinin həmişə Azərbaycanın suverenliyini dəstəklədiyini bildirib. O qeyd edib ki, Bolqarıstan enerji təchizatının təhlükəsizliyi ilə əlaqədar olaraq energetika sahəsinin əməkdaşlıq üçün prioritet sahə hesab edir. Daha sonra xanım nazir qeyd edib ki, Bolqarıstan Cənub Qaz Dəhlizini həmişə dəstəkləyib və hazırda layihədə fəal iştirak edir.
Konfransda çıxış edən Milli Məclisin üzvü, "Azərbaycan-Bolqarstan parlamentlərarası dostluq qurpu" nun rəhbəri Rauf Əliyev Azərbaycan və Bolqarstan Parlamentləri arasındakı əlaqələrin səviyyəsindən, "Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupu" nun faliyyətindən, bu sahədə əldə olunan uğurlardan və əməkdaşlığın perespektivlərindən danişıb.
Azərbaycanın Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd Quliyev çıxış edərək Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində bu əlaqələrin inkişaf istiqamətlərindən və əldə olunan uğurlardan, ikitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətindən prespektivlərdən danışaraq bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib. "SOCAR Balkan" şirkətinin baş icraçı direktoru Murad Heydərov çıxışında Azərbaycanla Bolqarıstan arasında energetika sahəsindəki əməkdaşlığın çox yüksək səviyyəyə çatdığını bildirib. Daha sonra Murad Heydərov Bolqarıstanın Cənub Qaz Dəhlizi layihəsində iştirakını yüsək qiymətləndirərək bu sahədə əməkdaşlığın uğurla davam etdiriləcəyini bildirib. Konfransın işində Bolqarıstanın dövlət qurumlarının, elmi dairələrinin və qeyri-hökumət təşkilatlarının, həmçinin Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB