Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində "İmzalı görüş" layihəsinin növbəti tədbiri Buzovna qəsəbəsində keçirilib. Buzovnada məskunlaşmış Laçın rayonu Quşçular kənd tam orta məktəbində təşkil edilmiş görüşdə yazıçı Şərif Ağayar öz həmvətənlilərinin qonağı olub.
Bilik Fondunun İnformasiya təminatı sektorundan SİA-ya verilən məlumata görə, tədbiri məktəbin direktoru Sabir Mirzəyev açaraq qonaqları məktəblilərə və müəllimlərə təqdim etdikdən sonra sözü Bilik Fondunun əməkdaşına verib.
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı "İmzalı görüş" layihəsinin mahiyyətindən danışıb və gənclərin inkişafında mütaliənin, yazarlarla ünsiyyətin vaciblyini vurğulayıb. R.Qurbanlı laçınlı ədəbiyyatsevərlərə Şərif Ağayarın yaradıcılığı barədə məlumat verib. Sonra yazarla oxucuların dialoqu başlayıb. Məktəblilər Şərif Ağayarın yaradıcılığından nümunələr gətiriblər. Onların müxtəlif suallarını cavablandıran yazar yeniyetmələrə və gənclərə ədəbiyyatla, mütaliə ilə bağlı məsləhətlərini verib.
Sonda məktəblilərə Şərif Ağayarın imzalı kitabları hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB