Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Kabel şəbəkəsi yayımı haqqında" yeni qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.
Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R. Hüseynov qeyd edib ki, bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".
R. Hüseynov bildirib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir: "Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb".
Qanun layihəsi müzakrələrdən sonra I oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB