Layihə çərçivəsində təlimlər başa çatıb

Layihə çərçivəsində təlimlər başa çatıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində "İngilis dili mütəxəssisi" layihəsi çərçivəsində təlimlər başa çatıb.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Amerikanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd xarici dilin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər əsasında müəllimlərə müvafiq dəstək göstərmək və beynəlxalq təcrübənin məqsədəuyğun şəkildə tətbiqi sahəsində mütəxəssislərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.

Amerikalı təhsil eksperti Rey Roberts layihə müddətində mütəmadi olaraq, ümumi təhsil məktəblərində çalışan ingilis dili müəllimlərinə, eləcə də Təlimə Dəstək Mərkəzinin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən mentorlara "Sinfin idarə olunması" komponenti üzrə təlimlər keçib.

Təhsil eksperti eyni zamanda bir neçə ümumi təhsil məktəbində ingilis dili dərslərini müşahidə edib, yerli mütəxəssislərlə fikir mübadiləsi aparıb və dərslərin yekunu ilə bağlı müəllimlərə inkişafetdirici rəy verib.

Bütün xəbərlər Facebook səhifəmizdə