Azərbaycanda ictmai çimərliklərlə bağlı tələblər müəyyənləşib

Azərbaycanda ictmai çimərliklərlə bağlı tələblər müəyyənləşib

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik müzakirə edilib.

İlk çıxış edən komitə sədri Eldar İbrahimov bildirib ki, qanuna təklif olunan dəyişiklik Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə turizmin inkişafı ilə bağlı imzaladığı sərəncamları təmin etmək məqsədi daşıyır.

Layihə haqqında məlumat verən Eldar İbrahimov söyləyib ki, Məcəllənin 46 maddəsinin 2-ci bəndinə təklif olunan dəyişikliyin əsas mahiyyəti Azərbaycanda ictmai çimərliklərin salınmasında tələblərin müəyyənləşməsidir: "Belə ki, edilən dəyişikliyə əsasən sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun".

İclasda həmçinin bildirilib ki, yeni dəyişikliklər ictimai çimərliklərin hüquqi aktların, tələblərin və normalarına uyğun olaraq yaradılmasını tələb edir.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə