İşıqforun işləməməsi səbəbindən tələbəni maşın vurdu FOTOLAR

İşıqforun işləməməsi səbəbindən tələbəni maşın vurdu FOTOLAR

Hələ 2016-cı il noyabr ayının 2-də SİA-da Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində piyadalar üçün sözün əsl mənasında müəmmalı vəziyyətin yaranması ilə bağlı məlumat vermişdik. Belə ki, yolu keçmək istəyən piyada onlar üçün nəzərdə tutulmuş işıqfor işləmədiyinə görə əsl problem yaşayır. İşıqfor işləmədiyinə görə, piyada yolu keçib-keçməyəcəyinə qərar verə bilmir. Əgər keçərsə, daha böyük təhlükə ilə üzləşir. Çünki Rəşid Behbudov küçəsinə doğru hərəkət edən maşınlar piyada üçün böyük təhlükə yaradır. İşıqforun işləməməsi ucbatından burada dəfələrlə bədbəxt hadisələr baş verib. Xüsusilə də daha çox tələblərin (ADPU tələbələri) istifadə etdiyi bu yolda işqıforun işləməməsi və dəfələrlə etdiyimiz zənglərə baxmayaraq aidiyyatı qurumların bu məsələyə laqeydlik nümayiş etdirərək işıqforu düzəltməməsi bizi məcbur etdi ki, bu məsələni ictimailəşdirək. Üstündən bir ay keçməsinə baxmayaraq aidiyyatı qurumlar işıfforun nasazlığını aradan qaldırmadılar, əksinə bu günə qədər də etdiyimiz bütün müraciətlər cavabsız qaldı.

Bu gün Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində işıqfor işləmədiyinə görə yol qəzası baş verib. Saat 10:00 radələrində baş verən hadisə zamanı 90-HG-264 dövlət nömrə nişanlı "Opel" markalı maşın ADPU-nun riyaziyyat fakultəsinin I kurs tələbəsi, Şirvan sakini Ağayeva Səidə Məhəmməd qızını vurub. Hadisə nəticəsində Ağayeva Səidə baş nahiyəsindən və qolundan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi yardımın həkimləri gəliblər. Ağayeva Səidə xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə