Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə, öz şəxsi vəsaiti hesabına, torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən xüsusi təyinatllı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin, şəhid mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb. Hər biri 3 otaqlı olan tam təmirli evlər vacib əşyalarla da təmin olunub. Xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənovun müaslicəsinin davam etdirilməsini də Füzuli Məmmədov öz üzərinə götürüb.

Qeyd edək ki, ilin sonuna qədər daha 6 ailənin evlə təmin olunması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB