Kiyevdə Ulu Öndərin xatirəsinə həsr olunan birinci etno-caz festivalı keçirilib
Azərbaycanın Ukraynadakı səfirliyinin, Kiyev şəhər Dövlət Administrasiyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında birinci etno-caz festival keçirilib.
Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev şəhər Dövlət Administrasiyası rəsmilərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, xalqımızın qədim və zəngin musiqi mədəniyyətindən bəhs edib. Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərində söz açıb. Səfir Kiyev şəhərində hər ilin may ayında Ulu Öndərin xatirəsinə həsr olunmuş ənənəvi Etno-Caz festivalının keçiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva Azərbaycanın tarixin bütün dönəmlərində dünyanın musiqi xəzinəsinə bəxş etdiyi dəyərli töhfələrdən danışıb. Bu gün ölkəmizin dünyanın ən mötəbər mədəniyyət və idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb.
Sonra məşhur pianoçu İsfar Sarabskinin, gənc ifaçı Aysel Məmmədovanın və Ukraynanın tanınmış Marinita qrupunun ifasında maraqlı caz kompozisiyaları nümayiş etdirilib. Açıq səma altında keçirilən caz festivalı ukraynalı musiqi sevərlərə duyğulu anlar yaşatdırıb.
Oda qeyd olunub ki ,gələn ildən festivala Moldova, Belarus, Sloveniya,Polşa və digər ölkələrdən də tanınmış caz qrupları qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB