Gənclər və İdman Baş İdarəsində İran nümayəndə heyəti ilə görüş keçirilib FOTO

Gənclər və İdman Baş İdarəsində İran nümayəndə heyəti ilə görüş keçirilib FOTO

Azərbaycanda səfərdə olan İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nümayəndə heyəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.

Baş İdarədən SİA-ya verilən məlumata görə, görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəhbəri Çəməng Ali Abdullahın başçılığı ilə nümayəndə heyəti iştirak ediblər.

Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər barədə danışıb və bu sahədəki bütün uğurların əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsi olduğunu vurğulayıb. Ölkəmizin bu gün dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edib.

Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəhbəri Çəməng Ali Abdullah öz növbəsində qonaqpərvərliyə və xoş qarşılanmaya görə Raqif Abbasova təşəkkürünü bildirib və Bakı və Qərbi Azərbaycan əyaləti arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.

Qonaqlar dünən axşam IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən böyük zövq aldıqlarını və belə mötəbər bir tədbirdə iştirak etməkdən fərəh hissi keçirdiklərini bildiriblər.

Görüşün sonunda qonaqlara milli atributlarımızı əks etdirən qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə