Rəsmi açılış mərasimi Türkiyə mətbuatında (FOTOLAR)

Rəsmi açılış mərasimi Türkiyə mətbuatında (FOTOLAR)

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Ötən gün hər kəsin həyacanla gözlədiyi Bakı Olimpiya Stadionunda "Bakı-2017"nin rəsmi açılış mərasimi baş tutdu. Açılış mərasimində 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edib. Açılış mərasimi yerli kanallarla yanaşı IV İslam dünyanın 55 ölkəsində izlənilib. Qardaş Türkiyə mətbuatında da möhtəşəm tədbirlə bağlı geniş yazılar yer alıb.

SİA həmin yazıların bir neçəsini təqdim edir:

Türkiyənin Anadolu Ajansında (http://aa.com.tr) yer alan yazıda "Bakı-2017"nin möhtəşəmliyindən söz açılıb. Yazıda bildirilib ki, 68 min nəfərin izlədiyi şouda Azərbaycanın xalq artisti Alim Qasımovun ifasında "Azan" səslənib. Həmçinin məqalədə Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın çıxışına geniş yer ayrılıb.

http://sampiy10.gazetevatan.com saytında "İslam Dayanışma Oyunları görkemli bir törenle başladı" adı ilə dərc olunan yazıda türkiyəli idmançıların ayaq üstündə qarşılandığı qeyd olunur. Bildirilir ki, "Bakı-2017" yarışlarında ən böyük heyətlə yarışacaq ölkələr Azərbaycan, İran və Türkiyədir. Həmçinin yazıda Azərbaycan Prezidenti İlham Əliyevin oyunların rəsmi açılışını élan etməsi, eləcə də Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın çıxışı qeyd olunub.

http://www.arti49.com saytı da IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış tədbiri ilə bağlı yazı yer alıb. Yazıda Azərbaycan tərəfinin oyunblarla bağlı yüksək təşkilatçılığı, eləcə də səhnədə göstərilən proqramların möhtəşəmliyi qeyd olunub. Məqalədə bildirilib ki, tədbirdə göstərilən şoular hər kəs tərəfindən çox maraqla qarşılanıb.

http://www.memleket.com.tr –də "Bakı-2017"nin açılış mərasiminə yer ayırıb. Məqalədə tədbirin möhtəşəm Olimpiya Stadionunda keçirildi, mərasimdə Azərbaycan rəsmiləri ilə yanaşı digər ölkələrin nümayəndələrininiştirak etdiyi qeyd olunur. Məqalədə açılış mərasimində reallaşan səhnəciklərə 700 dən çox könüllünün cəlb edildiyi vurğulanır.

http://kralspor.ensonhaber.com/ saytı digərlərindən fərqli olaraq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı daha geniş reportaj hazırlayıb. Sözügedən reportajda açılış mərasimin bütün detalları öz əksini tapıb.

http://www.gazete2023.com saytında da IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış mərasiminin Bakıda Olimpiya Stadionunda baş tutduğu yer alıb. Məqalədə Türkiyə idmançıların böyük coşqu ilə qarşılanması ilə yanaşı, ölkəmizin yarışları yüksək səviyyədə təşkil etməsinə də yer ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə