Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər edib

Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər edib

Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-a səfər ediblər. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universitetinin (ATU) professor-müəllim heyəti daxildir. Respublikamızdan gedən nümayəndə heyətinə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova başçılıq edir.

Azərbaycan Universitetlərinin nümayəndə heyətini ABŞ-ın Dövlət Departamentinin məsul şəxsləri qarşılayıb. Səfərin ilk günü Dövlət Departamentində görüş təşkil edilib, səfərin məqsəd və proqramı barədə müzakirələr aparılıb.
Səfərin birinci günü nümayəndə heyəti Nyu-York Texniki Universitetində olublar. Burada nümayəndə heyətini universitetin prezidentidir. Rahmat Şaruhi başda olmaqla dekanlar və professor-müəllim heyəti qarşılayıblar. Görüş zamanı universitetlə tanışlıq, qarşılıqlı mübadilə və əməkdaşlıq məsələləri müzakirə edilib. Daha sonra heyət Nyu-York Phantom Opera Teatrında tamaşada olublar. Səfərin ikinci günü Nyu-York Memarlıq Məktəbində görüş keçirilib. Burada qarşılıqlı fikir mübadiləsindən sonra nümayəndə heyəti tədris prosesi və laboratoriyalarla tanış olublar. Günün ikinci yarısında Nyu-Cersi ştatında yerləşən Nyu-Cersi Texnologiya Universitetində görüş təşkil edilib. Burada heyəti universitetin vitse-prezidenti başda olmaqla məsul şəxslər qarşılayıblar. Nyu-Cersi Texnologiya Universiteti ilə tanışlıqdan sonra qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti Miçiqanın Kalamazu şəhərinə yola düşüblər. Onlar burada yerləşən Kimya Kollecinin innovasiya mərkəzində, Mühəndislik Kollecində, Kalamazu Kommuniti Kollecində və Miçiqan Universitetində olublar. Səfər zamanı universitetlərlə tanışlıq, qarşılıqlı əlaqə və fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin növbəti səfəri Texas ştatının Hyuston şəhərində yerləşən universitetlərə olub.

Azərbaycan Universitetlərinin nümayəndə heyəti ABŞ-dan ölkəmizə xoş təəssüratlarla qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə