Sərnişinlər Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınacaq

Sərnişinlər Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınacaq

12 və 22 may 2017-ci il tarixlərində sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınması təmin ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, qurumdan bildirilib ki, 12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, "Koroğlu" - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS" markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə