Ulu Öndərin xatirəsinə həsr olunmuş fleşmob Dneprdə

Ulu Öndərin xatirəsinə həsr olunmuş fleşmob Dneprdə

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində azərbaycanlı və yerli gənclərin təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Sən zirvələr liderisən" adlı fleşmob keçirilib. SİA-nın verdiyi məlumata görə, fleşmobu Alfred Nobel adına Dnepr Milli Universitetinin tələbələri ilə Azərbaycanlı gənclər Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr ediblər.

Azərbaycan və Ukrayna bayraqları ilə Dneprin mərkəzi meydanında bir araya gələn gənclər şəhərin ən uca binasının üstünə qalxaraq göydələnin üzərinə Ümummili Lider Heydər Əliyevin portiretini asıblar. Gənclər havaya Azərbaycan bayrağının rənglərini özündə əks etdirən şarlar buraxmaqla müstəqil dövlətimizin qurucusu və baş memarının xatirəsinə dərin sevgi və məhəbbətlərini ünvanlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə