BANM-da səfirlə görüş keçirilib FOTO

BANM-da səfirlə görüş keçirilib FOTO

Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib. BANM-dan SİA-ya verilən məlumata görə, səfirə ali məktəbin yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən rektor iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Elmar Qasımov qeyd edib ki, BANM-ın yaranmasında əsas məqsədlərdən biri müasir standartlara cavab verən yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Rektor vurğulayıb ki, Azərbaycan və Polşa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir.

Səfir Marek Tsalka Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib. O Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu və gənclərin mütəxəssis olaraq yetişməsində müsbət töhfə verəcəyini qeyd edib. Səfir BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşa Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkli dəstəyi verməyə hazır olduğunu bildirib.

Görüşün sonunda rektor səfirə "Fəxri qonaq" diplomunu təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə