Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai "Dostluq" ordeni ilə təltif edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB